AZ

Rusiyanın Ukraynaya raket hücumu buna görə azalıb – ŞOK SƏBƏB

Rusiya hücumların sayını və raket silahlarından istifadəni azaldıb, lakin belə hücum tendensiyası davam edərsə, bunun əsl səbəbləri barədə yalnız müəyyən bir müddətdən sonra danışmaq mümkün olacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Defense Express" nəşrinin baş redaktoru Oleq Katkov "Espreso"nun efirində bildirib.

Onun sözlərinə görə, rekord səviyyədə raket hücumlarından sonra Rusiya Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edilən vasitələrin sayını azaldıb.

"Bununla belə, hazırda səbəbləri dəqiq adlandırmaq çətindir və düşmənin resurslarının tükəndiyini və ya başqa ciddi problemlərinin olduğunu iddia etmək çətin məsələdir. Bununla yanaşı, Ukraynaya əvvəlki hücumlarda istifadə edilən hücumların və raketlərin sayını təhlil etsək, görərik ki, bu, həqiqətən də 2023 və 2024-cü illərdəki miqyaslarla müqayisə edilə bilməz", - Katkov vurğulayıb.

O qeyd edib ki, ruslar həqiqətən raket istehsalında müəyyən problemlər yaşaya bilərlər, lakin onlar həmçinin hücumların intensivliyini azaldaraq raket ehtiyatını artırmağa çalışa bilərlər:

"Ukrayna ərazisinə raket hücumlarının tempi məhz istehsal müddəti ilə müəyyən edilir. Beləliklə, düşmən raket ehtiyatı toplaya bilər. Məsələn, bu gün düşmən cəmi 4 ədəd "Kalibr" qanadlı raketindən istifadə etdi, halbuki Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məlumatlarına əsasən, düşmən bu tip raketləri ayda bir neçə dəfə istehsal etmə qabiliyyətinə malikdir".

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr