AZ

Kanada ABŞ mallarına gömrük rüsumları tətbiq etməyi planlaşdırır

Kanada, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsum tətbiq etmək hədəsinə əməl edəcəyi təqdirdə, rüsum tətbiq edəcəyi 105 milyard dollar dəyərində Amerika mallarının siyahısını hazırlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ottava ilk olaraq belə bir addım atmağı planlaşdırmır, ancaq Tramp administrasiyasının atdığı addımlara cavab olaraq hərəkətə keçəcək. Agentlik qeyd edir ki, Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkindir və sonradan əlavə oluna bilər.

Tarif tətbiq oluna biləcək malların dəqiq siyahısı açıqlanmır. Lakin 2018-ci ildə Tramp Kanada polad və alüminiumuna tariflər tətbiq edərkən, Kanada viski və paltaryuyan maşınlar kimi Amerika mallarına tariflərlə cavab verdi. O zaman cavab tədbirləri 16,6 milyard Kanada dolları dəyərində məhsula təsir etdi ki, bu da indi müzakirə olunan həcmdən xeyli azdır.

Oxuməni.az

Seçilən
3
oxumeni.az

1Mənbələr