AZ

Alfons Mabula Msanqa “Şamaxı”da

Tanzaniyalı sağ cinah müdafiəçisi Alfons Mabula Msanqa bundan sonra Azərbaycanın “Şamaxı” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə “6 ay + 1 illik” müqavilə imzalanıb.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olan Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan bəri işsiz idi.

1 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

Yarımmüdafiəçi Tanzaniyanın U-17 yığmasında oynasa da, sonradan millilərə cəlb olunmayıb.

“Şamaxı” daha öncə Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”) və Andrey Tırkovyanunu (“Pasifik”, Kanada) da heyətinə qatmışdı. Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov və Conatan Benteke isə əyalət klubunu tərk edib. Edqar Adilxanov da klubla yeni müqaviləyə imza atıb.

Seçilən
0
arena.az

1Mənbələr