AZ

Eminlə fotosunu paylaşdı, "Neftçi" haqda yazdı: "Azərbaycanın ən böyük klubunu təmsil etmək xoş idi" - FOTO

"Neftçi"dən ayrılan Kilan Lebon sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, Sent-Martin millisinin üzvü “Neftçi”dən ayrılması ilə bağlı bunları yazıb:

"Bu gözəl klubdan 2 ildən sonra vidalaşmağın vaxtı gəldi. İki il ərzində klubda çalışan bütün insanlara, bütün azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkür edirəm. “Neftçi” formasını geyinmək və Azərbaycanın ən böyük klubunu təmsil etmək çox xoş idi. Həmin 2 il həyatımda böyük müsbət dəyişiklik oldu, bunu heç vaxt unutmayacam. “Neftçi”yə və klubu ürəkdən sevən bütün insanlara uğurlar arzulayıram. Ümid edirəm ki, sizə meydanda bir az da olsa, sevinc bəxş etmişəm. Özünə yaxşı bax "Forza Neftçi".

27 yaşlı futbolçu 2023-cü ildə “Astana”dan “Neftçi”yə keçmişdi.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

2Mənbələr