AZ

Rusiya və Ukrayna bu ölkədə gizli danışıqlar keçirdi – SENSASİON DETALLAR

Rəsmi Moskva və Kiyev Qətərdə danışıqlar masasına əyləşib. Tərəflər məhdud məsləhətləşmələr zamanı nüvə obyektlərinin zərbələrdən qorunması tədbirlərini müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bu gizli danışıqlar barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin insayderlərinə görə, danışıqların mövzusu Rusiyanın Krım və işğal olunmuş ərazilər üzərində nəzarəti saxlamaq şərtlərini də əhatə edir. Ukraynalı rəsmilər isə dialoqun mövcudluğunu təsdiqləyir, lakin tərəflərin hazırda yalnız əsirlərin dəyişdirilməsi və uşaqların geri qaytarılması məsələlərini müzakirə etdiyini vurğulayırlar.

Bundan əvvəl isə BMT, Rusiya və ABŞ arasında hər hansı dialoqu dəstəkləməyə hazır olduğunu bəyan etmişdi. Bu, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş ehtimalı ilə bağlı xəbərlərin yayılmasından sonra baş verib. Respublikaçı Tramp, sammitin onun inaqurasiyasından sonra altı ay ərzində keçirilə biləcəyini bildirib.

Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr