"Şamaxı" heyətinə daha bir oyunçu cəlb edib.
Bu barədə QOL.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O, ukraynalı futbolçu Vladislav Veremeevi heyətə clb etdiklərini bildirib. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1.5 illik müqavilə imzalanacaq.
Ukraynada bir sıra komandalarda çıxış etmiş futbolçu son olaraq Slovakiyanın 1-ci liqasında mübarizə aparan "Zemplin" klubunda oynayıb.
Qeyd edək ki, "Şamaxı" bu qış Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos və Alfons Msanga Mabulanı da transfer edib.