AZ

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

Fevralın 1-də ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi keçiriləcək.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.

Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər BDU-da keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin avqustun 11-21-də Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Olimpadaya hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.oxuyan.az/@aao

Qeydiyyat yanvarın 31-i saat 23:59-a qədər davam edəcək.

Olimpiada fevralın 1-i saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.

Seçilən
18
1
xalqqazeti.az

4Mənbələr