2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
2024-cü ildə ölkədə 126,3 milyard manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
On iki ayda neft-qaz sektorunun əlavə dəyəri 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 382,5 manata bərabər olub.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar
www.anews.az