AZ

Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilir - BAKIDA

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilir.

Korrespondent.az bildirir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak edirlər.

Tədbirdə 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış TDT Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində TDT-yə üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və TDT çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanacaq.

Seçilən
1
15
korrespondent.az

10Mənbələr