AZ

Fransa Ukraynaya ordu göndərir: gizli təlim keçirdi

Fransa qoşunlarının Ukrayna ərazisinə mümkün göndərilməsinə hazırlıq məqsədilə gizli hərbi təlimlər keçirib. “Perseyus” adlı manevrlər 2024-cü ilin payızında baş tutub və Fransadakı poliqonda 10 gün davam edib.

Axar.az xəbər verir ki, bu barədə “İntelligence Online” nəşri məlumat yayıb.

“Təlimdə Fransa ordusunun Xüsusi Əməliyyat Qrupunun (CAST) təxminən 3200 hərbçisi iştirak edib. Təlimlərin əsas məqsədi Rusiya qoşunlarının Belarus ərazisindən Ukraynaya mümkün girişini dəf etməyə qarşı addımlar olub. Dronların və elektron döyüş texnikasının istifadəsinə xüsusi diqqət yetirilib. Bununla belə, bəzi iştirakçılar FPV PUA-larının olmamasından narazılığını ifadə edib ki, bu da fransız istehsalçılarının bu tip PUA-ların hazırlanmasında geri qaldığını göstərir”, - məlumatda deyilir.

Seçilən
2
axar.az

1Mənbələr