2024-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 870 min manat təşkil edib.
Bu barədə XALQ.AZ SOCAR-ın hesabatlarına istinadən xəbər verir.
2023-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər850 min manattəşkil etmişdi.
Baş rəhbərliyə SOCAR-ın Prezidenti və 10 Vitse-prezident daxildir. (30 iyun 2023-cü il tarixində SOCAR-ın Prezidenti, birinci vitse-prezidenti və 9 vitse-prezidenti olub). Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də SOCAR qrupunun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.
Araşdırmalara görə əlavə 2024-cü ilin iyun -dekabr ayları hesablansa bu 1 milyin 740 min manat ödəniş edildiyi iddia olunur.