Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib
Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb. “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.
Bu barədə "Operativ Media"ya AQTA məlumat verib.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Agentlik qeyd edir ki, yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.