AZ

AQTA: Heyvan və quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Bakı, 16 yanvar, AZƏRTAC

Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən AZƏRTAC-a bildirblər ki, daxil olan həmin məlumatlar əsasında AQTA tərəfindən həmin ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Məqsəd qeyd olunan ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Seçilən
4
22
azertag.az

10Mənbələr