AZ

Estoniya hərbçilərinə dəniz infrastrukturunu qorumaq üçün güc tətbiq etməyə icazə veriləcək

Estoniya hökuməti dəniz təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən, Estoniya hərbçilərinə dəniz zonasında infrastrukturun mühafizəsi üçün güc tətbiq etmək hüququ veriləcək.

Herbiand.az bu barədə İnterfaks agentliyinə istinadən bildirir.

“Qanun layihəsi müdafiə qüvvələrinin həyati əhəmiyyətli xidmətləri təmin edən infrastruktura, milli müdafiə qurğularına, limanlarına və ya digər qurğulara gəmilər və ya digər üzən vasitələr tərəfindən təhlükə yarandığı təqdirdə hüquq-mühafizə tədbirləri, zəruri hallarda isə hərbi qüvvə ilə cavab vermək səlahiyyətini nəzərdə tutur”, - agentlik sənədin mətnindən sitat gətirib.

Hazırda Estoniya Müdafiə Qüvvələrinin dəniz zonasında vəzifələri dövlət sərhədinin mühafizəsi, dənizdə vəziyyətin öyrənilməsinin təmin edilməsi, dəniz mühitinin çirklənməsinin aşkar edilməsi və aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatlarında iştirakla bağlıdır. Həmçinin, dənizdə və ya kiçik adalarda insanların sağlamlığına və ya həyatına təhdidlərə qarşı da mübarizə aparılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr