Kanada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsum tətbiq etmək hədəsinə əməl edəcəyi təqdirdə görəcəyi tədbiri açıqlayıb. Rəsmi Ottava, 105 milyard dollar dəyərində rüsum tətbiq edəcəyi Amerika mallarının siyahısını hazırlayıb. AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.Bildirilir ki, rəsmi Ottava ilk olaraq bu addımı atmayacaq və tarifləri yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq edəcək. Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkin xarakter daşıyır və gələcəkdə əlavə oluna bilər.Kanadanın xarici işlər naziri Melani Coli Trampın 25%-lik tariflər tətbiq edəcəyi təqdirdə Ottavanın ABŞ-a elektrik enerjisi və enerji təchizatını dayandırmağa hazır olduğunu bildirmişdi. Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-a ixrac edir.Kanada, Meksika və ABŞ bu dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp vəzifəyə gəldiyi ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı səbəbindən Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta