Bakı. Trend:
Hazırda Türkdilli Dövlətlər Təşkilatı əsas diqqəti məlumatmübadiləsi texnologiyalarının tərtibatı üzrə pilot layihəningerçəkləşdirilməsinə yönəldib.
Trend xəbər verirki, bunu Türkdilli Dövlətlər Təşkilatının baş katibi KubanıçbekÖmüralıyev TDT gömrük xidməti rəhbərlərinin 10-cu iclasında etdiyiçıxışda bildirib.
“Bütün tərəflər Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılmasıüzrə Sazişin qüvvəyə minməsi üçün tələb olunan daxili hüququprosedurları tamamlayıblar. Bu saziş 29 noyabr 2024-cü il tarixindəqüvvəyə minib. Hazırda biz əsas diqqəti, bu sazişdə nəzərdə tutulanməlumat mübadiləsi texnologiyalarının hazırlanması üzrə pilotlayihəsinin gerçəkləşdirilməsinə yönəltmişik. Bizim son görüşdəqəbul olunan qərarların icrası çərçivəsində biz bir neçə ekspertsəviyyəsində görüşlər təşkil etmişik və onların gedişində sənədlərirazılaşdırmışıq”, - deyə o bildirib.
Ömüralıyev qeyd edib ki, həmin sənədlər arasında TIRKonvensiyası əsasında TIR prosedurlarının, o cümlədən,Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması üzrə Sazişçərçivəsində informasiya mübadiləsinin texniki şərtlərininrealizəsi üzrə tədbirlər planı və yol xəritəsi yer alır.
Baş katib həmin sənədlərin iclasın sonunda imzalanacağınıdiqqətə çatdırıb.