AZ

İRU-nun baş katibi: Orta Dəhlizin ərsəyə gətirilməsi bizim üçün çox vacibdir

Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq.

APA-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Unberto de Pretto deyib.

O bildirib ki, biz təhlillər apardıq və o qənayətə gəldik ki, Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir:

"Eyni zamanda Orta Dəhliz Çindən Avropaya, oradan da Amerikanın şərq sahillərinə ən qısa yoldur. Ona görə də Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür".

Seçilən
1
2
apa.az

3Mənbələr