Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Jan Onanaya Fransadan təkliflər var.
Teleqraf.com xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Onun iddiasına görə, "Nant" və "Anjer" klubları 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul təmsilçisinə rəsmi təklif göndəriblər.
Qeyd edək ki, Onana "Beşiktaş"a 2023-cü ildə Fransanın digər təmsilçisi "Lans"dan keçmişdi.
Müəllif: Adil Nəhmətli