“İnana bilmirdim, mənə onun tabutda olan şəklini yolladılar”.
"Həqiqətən də inanmaq olmur. Çünki Çimnaz həyatı çox sevirdi, həyatın içində özünü çox sevirdi. Xəstəlik haqqında hər birimiz böyük bir şok yaşadıq. Mümkün deyildi, inana bilmirdik. Heç kimin yanında şikayətləməyib ki, haramsa ağrayır. Mən Çimnazı neçə illərdir tanıyıram. Bir dəfə olsun ağzından eşitməmişəm ki, başı ağrayır. İnana bilmirdim ki, Çimnaz yoxdur və mənə onun tabutda olan şəklini göndərdilər. Başqa nə deyə bilərəm? Allah bütün ölənlərə rəhmət etsin”.