AZ

Tramp ABŞ-da TikTok-u “xilas etmək” üçün fərman hazırlayır

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp TikTok-un ölkədə qadağan olunmasının qarşısını almaq məqsədilə yeni fərman imzalamağı nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Washington Post" qəzeti yayıb. Qəzet yazır ki, bu fərman sosial şəbəkənin tam qadağan edilməsindən öncə 60-90 günlük müddətlik "pəncərə" yaradacaq.

Bu zaman çərçivəsində TikTok-un ABŞ-dakı fəaliyyətinin davam etdirilməsi üçün danışıqlar aparılması nəzərdə tutulur. Əsas hədəf isə sosial şəbəkənin Amerikanın bir sahibkarına satılması və ya digər alternativ bir həllin tapılmasıdır.

Qeyd edək ki, TikTok-un Çin mənşəli sahibi olan ByteDance şirkəti ilə bağlı təhlükəsizlik narahatlıqları ABŞ hökuməti tərəfindən uzun müddətdir müzakirə olunur.

Bu qərar həmçinin, Tramp administrasiyasının əvvəllər tətbiq etmək istədiyi siyasətlərin yenidən gündəmə gətirilməsi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr