"Liverpul"un keçmiş meneceri, hazırda "Red Bull"da futbol əməliyyatlarına cavabdeh olan Yurgen Klopp tanınmış Formula 1 pilotu Maks Verstappen ilə görüşmək niyyətində olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Racing News 365" alman çalışdırıcının dediklərini belə çatdırıb.
“Bizim müzakirə edəcəyimiz çoxlu mövzular olacaq. Mən Maksla görüşmək və danışmaq istərdim.Görəsən, o, işini necə görür və diqqətini saatda 300 mil sürətlə saxlayır".
Onun gedişindən sonra mersisaydlıların baş məşqçi postunu hollandiyalı mütəxəssis Arne Sloot icra edir.