AZ

İlham Rəhimovu milyader Qod Nisanovla bağlayan nədir? - İLK DƏFƏ...

"Əgər kirvəliyi qohumluq kimi qəbul ediriksə, mən onun (Qod Nisanov) kiçik oğlunun kirvəsiyəm".

News24.az xəbər verir ki, bu sözləri hüquq elmləri doktoru, professor İlham Rəhimov RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin qonağı olarkən tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova müsahibəsində deyib.

"Mən onun (Qod Nisanov) atası Simon kişi ilə əvvəldən tanış idim. Simon kişi çox müdrük, çox ağıllı insan idi. O, Nizaminin bütün şeirlərini əzbər bilirdi, hərdən Azərbaycan dilində elə sözlər, elə fikirlər işlədirdi ki, adam məəttəl qalırdı. Bunun səbəbi isə Simon kişinin vaxtı ilə Qubada Azərbaycan məktəbində təhsil alması idi. 

O ki qaldı Qoda, biz dostuq, işadamıyıq, ortağıq. Artıq 25 ildir ki, münasibətləri qoruyub saxlamışıq. Bu, 25 il də bizim aramızda heç vaxt problem yaranmayıb. Elə adamlar var ki, bir şeylə aramızda narazılıq yaratmağa çalışırlar. Ancaq alınmır və alınmayacaq da".

Ətraflı videoda:

Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr