Bakı. Trend:
Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədarmövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxmahallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiyadövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədiləhərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyətşəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalıtərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədiləeffektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.
Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlaradüzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlikfəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyininçatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təminedilir.
Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısınınalınması məqsədilə görülən tədbirlərin effektivliyinin təminedilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızınsağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyətianlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", -nazirlikdən bildirilib.