"Arsenal"ın baş məşqçisi Mikel Arteta növbəti dəfə klubun transferlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı cinah oyunçusu Bukayo Saka və hücumçu Qabriel Xesusun zədələnməsindən sonra qış transfer pəncərəsində heyəti gücləndirməyə ümid etdiyini təsdiqləyib.
“Əlbəttə, biz bazara çıxmağa çalışacağıq. Hücumumuzu gücləndirmək istəyirik.İki vacib oyunçumuzu itirdik: Bukayo üç aydır, Xesus uzun müddətdir".
"Topçular" Premyer Liqada 21 oyundan sonra 43 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Liverpul"dan 4 xal fərq var.