AZ

Elektromobilin qış problemləri

Qış istənilən texnika üçün çətin sınaq dövrüdür. Sürücülərin qışda qarşılaşdığı əsas problemlər akkumulyatorların  zəifləməsi, mühərrikin pis işləməsi, və ya ümumiyyətlə işə düşməməsidir. Hava soyuyan kimi “peremıçka” axtaran sürücülərin sayı artır.

Avtosfer.az xəbər verir ki, qış elektromobillər üçün də çətindir. Onların ən böyük problemi batareyaların tez boşalmasıdır. Bəzi hallarda soyuq havalarda batareyanın resursu zavod göstəricisinin 30 faizinədək enə bilir. Bu da sürücünün hərəkət traektoriyasını məhdudlaşdırır, əlavə vaxtını alır. Sürücü və sərnişinlər üçün soyuq maşında hərəkət isə başqa bir söhbətin mövzusudur. 

Elektromobil sürücüləri üçün digər problem güc kabellərinin (alt hissədə) və dolfurma kabelinin rütubətin təsirinə məruz qalmasıdır. Elektromobilin özündəki kabellərdə bu problem ciddi olmasa da, doldurma kabelində belə hallar tez-tez olur. Səbəb sürücümüm kabeldən düzgün itifadə etməməsidir.

Qeyd edək ki, bu problemlər təkcə soyuq ölkələrə şamil edilmir. Azərbaycan kimi mülayim, lakin rütubətli iqlimli ölkələrdə də belə hallar baş verə bilər.

Vüqar Yaşaroğlu

Seçilən
0
avtosfer.az

1Mənbələr