Bakı. Trend:
16 yanvar 2025-ci il tarixində Bakıda Türkdilli DövlətlərTəşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasıkeçirilir.
Trend xəbərverir ki, iclas Azərbayca Respublikasının Dövlət Gömrük Xidmətininsədri Şahin Bağırovun sədrliyi ilə keçirilib və tədbirdə aşağıdaqeyd olunan rəsmi şəxslər iştirak edib:
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev,Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət GəlirləriKomitəsinin sədr müavini Kayrat Cumaqaliyev, Qırğızıstanın MaliyyəNazirliyi nəzdində Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov,Türkiyənin Gömrük Administrasiyasının rəhbəri və ticarət nazirininmüavini Sezai Uçarmak, Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinəzdində Dövlət Gömrük Xidmətinin sədri Akmalhoca Mavlonov.
Tərəflər Səmərqənd, Astana və Bişkekdə keçirilmiş TDT zirvətoplantılarında dövlət başçılarının verdiyi göstərişlərə istinadedərək və “Türk Dünyası 2040 vizyonu” və “TDT-nın 2022-2026-cıillər üzrə Strategiyası” çərçivəsində gələcəkdə dəqarşılıqlı-faydalı gömrük əməkdaşlığının genişləndirilməsinə dəstəkifadə edərək, Naxçıvan sazişində təsbit olunmuş Türkdilli DövlətlərTəşkilatının məqsədlərini təsdiq ediblər və aşağıdakılar üzrərazılığa gəliblər:
1. Tərəflər TDT hökumətləri arasında Sadələşdirilmiş GömrükDəhlizinin Təsis Edilməsi haqqında Sazişin icrasını davam etdirməkniyyətlərini ifadə ediblər və həmin sazişin 7-ci maddəsində nəzərdətutulmuş pilot layihənin həyata keçirilməsi üçün zəruri olantədbirləri müzakirə etdilər. Məqsəd - layihə çərçivəsində nəzərdətutulmuş informasiya mübadiləsi texnologiyalarınınhazırlanmasıdır.
2. Azərbaycan tərəfinin “Transxəzər Gömrük Tranzit Portalı”vəGürcüstan tərəfinin “TDT ölkələri + Gürcüstan” arasında tranzitinsadələşdirilməsi” təşəbbüsünü təqdim etməsindən sonra, tərəflər“Transxəzər gömrük tranzit portalının” tətbiq edilməsi üçün hüquqibazanın yaradılmasının vacibliyini müzakirə ediblər. Bu tranzitin,iqtisadi fəallığın və sərhəd keçidlərinin təkmilləşməsinə tövfəverməlidir. Tərəflər portalın yaradılması üzrə Saziş layihəsinhazırlanması ilə bağlı öz təkliflərini irəli sürməyi öhdələrinəgötürüblər.
3. Tərəflər sərhəd məntəqələrində dayanacaq sayının və onlarınkeçilmə vaxtının ixtisarı yolu ilə ticarət və səyahətinasanlaşdırılması istiqamətində ən yaxşı təcrübələri müzakirəediblər. Özbəkistan tərəfinin irəli sürdüyü “Vahid pəncərə”konsepsiyasının layihəsi nəzərdən keçirilib və təklifin Katibliyətəqdim olunması qərara alınıb. Katiblik qəbul etdiyi təklifləribirləşdirib, yekun sənəd təqdim etməlidir.
4. Tərəflər Türkiyə tərəfinin “Vahid pəncərə” və “Vahiddayanacaq” konsepsiyalarının tətbiqi üzrə təcrübə mübadiləsiməqsədilə sahəvi ziyarətlər təşkil etməyə hazırlıq ifadə etməsinialqışlayıblar. Türkiyə tərəfi belə ziyarətlərin müddətləri və yeriilə bağlı təkliflərini irəli sürəcək.
5. Tərəflər TDT ölkələrində geniş istifadə olunması üçünelektron möhürlər və yüklərin izlənilməsi kimi yenitexnologiyalarla bağlı informasiya mübadiləsi aparıblar.
6. Tərəflər görüşün gedişində bu sənədləri imzalayıblar:
Beynəlxalq Yük Daşınmaları Konvesiyasına (TIR, 1975) uyğunolaraq eTIR-ın tətbiqi üçün Tədbirlər planı (“Yol xəritəsi”)
11 noyabr 2022-ci ildə Səmərqənddə imzalanmış SadələşdirilmişGömrük Dəhlizinin Təsis Edilməsi haqqında Saziş çərçivəsində TDTölkələrinin gömrük xidmətləri arasında informasiya mübadiləsinintexniki şərtləri.
7. Tərəflər 2025-ci ildə aşağıdakıları təşkil etməklə bağlırazılığa gəliblər:
Sadələşdirilmiş Gömrük Dəhlizinin Təsis Edilməsi haqda Sazişin7-ci maddəsində nəzərdə tutulan pilot layihənin o cümlədən,informasiya mübadiləsi texnologiyalarının yeridilməsiningerçəkləşdirilməsi.
Pilot layihənin nəticələrinin müzakirəsi üçün 2025-ci ilinfevral ayında texniki işçi qrupun iclasının keçirilməsi.
8. Tərəflər İşçi qrupa hədəfləri dəqiqləşdirmək və “İpək yol”layihəsi kontekstində “Karvansaray” layihəsi üçün növbəti addımlarplanını hazırlamağı tapşırıb.
9. Tərəflər 10-cu iclasın keçirilməsi üçün Azərbaycanatəşəkkürlərini bildirdilər və Qazaxıstanın TDT gömrük xidmətirəhbərlərinin 11-ci iclasını 2025-ci ildə keçirmək təklifini qəbuletdilər. Dəqiq tarix və yer diplomatik kanallar vasitəsiləmüəyyənləşdiriləcək.
10. Katiblik təkliflərin icrasını əlaqələndirəcək və onlarınnəticələrini növbəti iclasda təqdim edəcək.