AZ

Çerçesovun Qazaxıstandakı taleyinə aydınlıq gəldi

Qazaxıstan Futbol Federasiyasının (KFF) icraçı direktoru Kaysar Bekenov millinin baş məşqçisi Stanislav Çerçesovla bağlı Rusiya mətbuatına danışıb.

Fanat.Az xəbər verir ki, qurum funksioneri "Match TV"-yə açıqlamasında rusiyalı mütəxəssislə yollarına davam edib-etməyəcəklərinə aydınlıq gətirib:

"Çerçesov Qazaxıstan millisi ilə işləməyə davam edir. O, federasiyanın prezidenti ilə görüşüb, dünya çempionatının seçmə mərhələsinə hazırlıq planını müzakirə ediblər. Mart ayına çox az vaxt qalıb, heç bir dəyişiklik gözlənilmir. Hər şey qaydasındadır, matçlara hazırlaşırıq. 
Çerçesovun işdən çıxarılacağı ilə bağlı mətbuatda yazılanlar şayiələrdir. Federasiya və Stanislav Salamoviçin özü də açıqlama verib ki, deyilənlərin heç bir rəsmi əsası yoxdur". 

Xatırladaq ki, Çerçesov ötən yayda Qazaxıstan millisinin sükanı arxasına keçib. Rusiyalının rəhbərliyi altında keçirdiyi 6 matçda qazaxlar bir dənə də olsun qol vurmayıb və qələbə qazanmayıb. Komandanı qarşıda 2026-cı il dünya çempionatının seçmə mərhələsi gözləyir.

Mirağa

Seçilən
11
fanat.az

1Mənbələr