AZ

Türkiyəli general: "Atəşkəs hələ bütün problemlərin həlli demək deyil"

“Bir ildən artıqdır ki, Yaxın Şərqdə beynəlxalq hüquqa məhəl qoymayan və Qəzzada insan rüsvayçılığına səbəb olan İsrailin Qəzzaya hücumlarına son qoymaq üçün əldə olunan atəşkəs razılaşmasını alqışlayırıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Aktürk həftəlik brifinqində Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasına münasibətdə deyib.

Onun sözlərinə görə, atəşkəs hələ bütün problemlərin həlli demək deyil: "1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, suveren, müstəqil və coğrafi cəhətdən vahid Fələstin Dövlətinin qurulmasına start verilməlidir. Bu, bölgəəd daimi sülhün açarıdır".

Firudin Səfərli
MİA.AZ

Seçilən
1
mia.az

1Mənbələr