AZ

Beynəlxalq Bankıın səhmləri üzrə marketmeyker sayı artdı

“Bakı Fond Birjası” QSC ilə “Troni İnvestisiya Şirkəti” QSC arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin AZ1004004581 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılb.

Birjanın yaydığı məlumatda bildirilir ki, bu müqavilə ilə “Troni İnvestisiya Şirkəti” QSC adıçəkilən səhmlər üzrə təkrar bazarda gündəlik olaraq 10% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edir, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirir.

Bununla da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə marketmeykerlərin sayı “Unicapital İnvestisiya Şirkəti” ASC, “INVEST-AZ İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC olmaqla 3-ə çatıb.

Seçilən
8
marja.az

1Mənbələr