AZ

Ukrayna desantları Kurskda 27 rus hərbçisini əsir götürüb

Ukrayna

Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna hərbçiləri 30-a yaxın rus hərbçisini əsir götürüb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının rəsmi Telegram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının əsgərləri Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələrindən olan qardaşları ilə birlikdə Rusiya Federasiyasının Kursk vilayətinin ərazisində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edirlər”, - deyə məlumatda bildirilir.

27 rus əsgərinin döyüş tapşırığını yerinə yetirərkən əsir götürüldüyü qeyd edilir. Bunlar motoatıcı hissələrin, dəniz piyadaları, hava-desant qoşunları və digər hərbi hissələrin zabitləri, çavuşları və əsgərləridir.

“Çətin döyüş vəziyyətində qalaraq, onlar düzgün seçim etdilər - onlar könüllü olaraq silahlarını yerə qoydular, bu da onların həyatını xilas etdi. Bütün yaralılara dərhal ilkin tibbi yardım göstərildi”, - Ukrayna hərbçiləri bildirib.

Y. QACAR
Seçilən
5
reyting.az

1Mənbələr