Belarus lideri Aleksandr Lukaşenko ölkədə ikinci atom elektrik stansiyasının tikintisinin zəruriliyinə əmin olduğunu bildirib.
O, bu barədə Minsk şəhər texnoparkında olarkən məlumat verib.
“Mən getdikcə daha çox əmin oluram ki, biz ikinci atom elektrik stansiyası tikməliyik”, – Lukaşenko deyib.
Bundan əvvəl Lukashenko 2025-ci il üçün dövlət investisiya proqramını formalaşdırarkən pulları “zibillərə” xərcləməməyə çağırmışdı.
DOĞRU.AZ