AZ

RUSİYANIN TƏHDİDLƏRİ PAŞİNYANI QORXUDUB – “İqtisadiyyata Rusiyadan ağır zərbə gözlənilir”

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin mümkün təsdiqindən sonra Rusiyadan gələn təhdidlər Baş nazir Nikol Paşinyanı təşvişə salıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edərək, vəziyyətdən çıxış yollarını tapmağı təklif edib. Onun dediyinə görə, ölkə iqtisadiyyatına Rusiya tərəfindən ağır zərbə gözlənilir: “Paşinyan bəyan edib ki, geri addım atmaq və layihənin qəbulundan imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, o, gələn bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. Hakim “Mülki Müqavilə” partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları deyir ki, Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşüblər”.

Qeyd edək ki, sözügedən qanun layihəsi Kremli hiddətləndirib. Artıq Rusiya XİN və Kremlin sözçüsü Dmitri Peskov səviyyəsində Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə Avrasiya İqtisadi ittifaqında(Aİİ) üzvlüyünün bir yerə sığmadığı açıq bəyan olunub. Ermənistan isə iqtisadi cəhətdən Rusiyanın aparıcı güc olduğu Aİİ-dən çox asılıdır. Kremlin təhdidləri İrəvanın bu təşkilatla əlaqələrinin kəsilməsinə, deməli, həm də Ermənistan iqtisadiyyatının çöküşünə səbəb ola bilər. Paşinyanın təşvişi də bununla əlaqədardır.

“AzPolitika.info”

Seçilən
4
1
azpolitika.info

2Mənbələr