Sosial mediada “sihirbazbayan” adı ilə səyahət videoları çəkən Ceren Yılmaz Elçin Sanqu və sevgilisi Yunus Özdiken haqqında şok iddialar səsləndirib.
Olay yazır ki, Yılmazın sözlərinə görə, işlərində cütlük ona əngəl yaratmağa çalışıb. Elçin Sanqu və sevgilisi Yunus Özdikenin ona qarşı iddia qaldırdığını deyən Yılmaz bu barədə fikilərini instaqramda hekayə bölümündə yayıb.
“Video işi ilə bağlı mənə kağız gəldi və ifadəmi vermək üçün Türkiyəyə çağırılıram... Və bu adamların adlarını açıqlamamaq üçün təhdid edilirəm. İşlərimə daş qoyurlar”, - Ceren bildirib.
Elçin Sanqunun reputasiyasına güvəndiyi üçün onun sevgilisi ilə işlədiyini deyən C.Yılmaz Sanqu və Özdikenin ona qarşı qaldırdığı işin prokurorluq vəsatətini də paylaşıb. Yılmaz Elçin Sanquya göndərdiyi mesajları İnstaqram vasitəsilə də paylaşıb.
“İspaniya, İtaliya, Piza, Roma və Hollandiya Cənub-Şərqi turum daxil olmaqla, bütün səylərim üzərində 4 il çalışmışam. Yunus bəyi tanımıram. Biz sizi referans kimi götürüb sizə güvəndik. 15-ə yaxın bölüm çəkdik və 1 lirə də almadıq, görüntülərimi göndərməsə, üzülərək deyirəm ki, hadisənin rəngi dəyişəcək. Bazarda sizdən istifadə edərək, sizin adınıza iş görür və güvən verirlər. Mənim kimi bir çox insan qurbandır. İşığınız çox parlaqdır, lütfən kölgələrin salınmasına icazə verməyin.
O adamın pis enerjisindən tez bir zamanda qurtulun. Eqosu və təkəbbürü üzündən nəinki bir çox imkanları itirir, həm də uğursuzluğu ilə ətrafındakıları da itirir. Ümid edirəm nə demək istədiyimi başa düşəcəksiniz.
Bu həftə kadrlarımı almasam, bütün vəziyyəti izah edən bir video yerləşdirəcəm. Bu həm də öz karyeram üçün xoşagəlməzdir, amma başqa çarəm yoxdur, xahiş edirəm mənə görüntülərimi göndərməsini təmin edin. Sözügedən təhdid, şantaj və təhqiredici mesaj. Bu adamı prokurorun qarşısına çıxaranda heç utanmadınızmı?”, - sözügedən təhdid, şantaj və təhqiredici mesaj. Bunu prokurorun qarşısına çıxaranda heç utanmadınızmı, Ceren Yılmaz bildirib.