AZ

Oktyabrla müqayisədə noyabrda maaş 3 manat 60 qəpik artıb

2024-cü ilin on bir ayında Azərbaycanda orta aylıq əməkhaqqı 996,8 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur. Bu barədə Dövlət  Statistika Komitəsi məlumat yayıb.  
 
Cari ilin on ayında bu məbləğ 993,2 manat təşkil edib. Beləliklə oktyabrla müqayisədə noyabrda orta aylıq əməkhaqqı 3 manat 60 qəpik artıb. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Seçilən
0
1
anews.az

5Mənbələr