AZ

Alla Puqaçavonı öldürəcəkmiş– Manyakın qətlə yetirdiyi insanların sayı bəlli deyil

SSRİ dövründə 17 yaşında qadınlara hücum edən manyak Anatoli Hüseynoviç Nağiyev 26 yanvar 1958-ci ildə anadan olub. Atası Anatolini idmançı kimi görmək istəsə də, o, boyu balaca olduğu üçün kompleks yaşayıb.

Öz düşüncəsində bütün qadınlara nifrət edən gələcək qatili 1975-ci ildə bir ay ərzində üç qızı zorlayıb. İki cinayətə görə məhkəmə onu Komi respublikasında 6 il müddətinə azadlıqdan məhrum edib. Tezliklə nümunəvi davranışına görə onun cəzası azaldılıb və o, ağac kəsmək üçün Peçora rayonunun Çikşino kəndindəki cəzaçəkmə müəssisəsinə göndərilib.

İlk qətl

30 yanvar 1979-cu ildə Peçora şəhərinin vağzal meydanında Olqa adlı gənc qızı görən Anatoli onunla iki dəfə görüşüb. Növbəti görüşdə o, qızı xüsusi amansızlıqla qətlə yetirib. Həmin ilin may ayının 28-də Anatoli Peçora şəhərinə gedən qatarda Tatyana Kravçenkoya hücum edib.

01e95820-1121-4f99-a40d-2cb95acf365c.jpg

A.Nağiyev milis tərəfindən cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb. Lakin sübutların olmaması və onun artıq cəza çəkməsi manyakın 1979-cu ilin noyabrında şərti azadlığa buraxılması ilə nəticələnib.
Bundan sonra o, Kursk bölgəsinə gedib və burada mobil kinostudiyada proyeksiyaçı kimi işə düzəlib. Maarifləndirmə işi sadistin çoxlu sayda cinsi xarakterli cinayətlər törətməsinə və uzun müddət diqqətdən kənarda qalmasına kömək edib, çünki bütün cinayətlər müxtəlif şəhərlərdə baş verib. Bəzi məlumatlara görə, Nağiyev 10 ay ərzində 30-a yaxın zorlama hadisəsi törədib.

Allaya gedən yolda törədilən qətllər

Nağiyevin bütün düşüncələri məşhur müğənni Alla Puqaçovanın yanında olub. O, sənətçini taparaq hisslərini etiraf etmək və daha sonra onu soyuqqanlılıqla qətlə yetirmək istəyib. 1980-ci ildə Naqiyev Moskvaya gedən qatara minib və yolda konduktora anasının öldüyünü və təcili onun yanına getməli olduğunu, ancaq maaşını ala bilmədiyini söyləyib.

96b0e200-9b7b-4320-9d9e-0a16ae4c9518.jpg

Qadın oğlanı vaqona buraxıb və tezliklə öldürülüb. Eyni aqibəti konduktorun tərəfdaşı və qatarda olan daha iki qadın yaşayıb. Bəzi məlumatlara görə, manyak aktrisanın soyunub-geyinmə otağına girə bilib, orada onunla “jurnalist” kimi müsahibə almaq üçün görüşüb.

Anatoli daha sonra müğənnini izləyərək yaşadığı binaya daxil olub. Amma ayıq-sayıq bina gözətçisi Nağiyevi qorxudub, onun kim olduğunu və hara getdiyini soruşub. Tərəddüd və çaşqınlıq içində olan manyak tələsik ərazidən uzaqlaşıb. O, etirafında bildirib ki, Tatyana Kravçenkonu Alla Puqaçovaya oxşadığı üçün qətlə yetirib. Manyak müğənnini o qədər bəyənib ki, onu hətta ilahiləşdirib.

Daxili işlər nazirini qəzəbləndirən və ölümdən qaçan manyak

b99b48cb-5444-4998-9101-d655bd9fa01c.jpg

Oğurladığı qızıllar manyakın yerini təyin etməyə kömək edib. 1980-ci il sentyabrın 12-də Nağiyev Dnepropetrovska gəlib və elə həmin gün həbs edilib. Qatili istintaq təcridxanasına göndərsələr də, o, qandallarını qıraraq və mühafizəçiləri döyərək qaçmağa çalışıb. Tezliklə o, gücləndirilmiş mühafizə ilə Kursk istintaq təcridxanasına köçürülüb.

Bundan sonra Nağiyev törətdiyi cinayətləri etiraf edib, 2 iyul 1981-ci ildə Kursk vilayət məhkəməsi qatili ölüm cəzasına məhkum edib. Çox çevik və hiyləgər, idman zəkasına malik olan Nağiyev yoldan keçən qatarın qarşısından sürüşərək mühafizəçilərin əlindən qaça bilib.

Qəzəblənən SSRİ daxili işlər naziri Nikolay Şelokov manyakı üç həftə ərzində tutmağı əmr etsə də, onu saxlamaq üçün bir aydan çox vaxt lazım olub. 1981-ci il sentyabrın 29-da Nağıyev yenidən Rostov vilayətində həbs edilib.

7b0f6d13-f965-4e85-9b2c-6d1eec84c7de.jpg

Onun qaraçı paltarı geyinərək kəndi dolaşması yerli sakinlərdə şübhə doğurub, bundan sonra kəndlilər polisə müraciət ediblər. O, yenidən həbs edildikdə, fəal müqavimət göstərib, ov tüfəngi ilə cavab atəşi açıb və nəticədə 15 güllə yarası alıb.

Həkimlər çətinliklə onun həyatını xilas edə biliblər. Nağiyev hətta xəstəxanada müalicə olunarkən tibb bacısını onun qaçmasına kömək etməyə razı salmağa çalışsa da, buna imkan verilməyib. Manyak daha bir neçə dəfə mümkün olan hər vasitə ilə edamını gecikdirməyə çalışıb, lakin 1982-ci il aprelin 5-də 24 yaşında güllələnib. O, istintaqa ifadəsində törətdiyi qətllərin və zorlamaların sayını dəqiq açıqlamayıb.

İlkin Nəcəf, xüsusi olaraq  Musavat.com üçün

 

 

 

Seçilən
6
musavat.com

1Mənbələr