AZ

“Bu, zarafatdır?” – Jurnalistin sualı Baydeni qəzəbləndirdi + VİDEO

ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı keçirdiyi mətbuat konfransında maraqlı bir an yaşanıb.

Belə ki, jurnalist “Qəzzada atəşkəs sizin, yoxsa Trampın səyinə görə olub? sualını eşidən Bayden ayrıldığı kürsüyə geri qaydıbı sərt şəkildə “Bu, zarafatdır?”, -deyə bildirib.

Bayden atəşkəs razılaşmasının öz təşəbbüsləri nəticəsində əldə olunduğunu qeyd edib.

“Məhz bizim təşəbbüslərimiz sayəsində İsrail atəşkəs elan etmək qərarına gəldi. Bu proses zamanı qadınlar, uşaqlar və gənclər azadlığa buraxılacaq. Qəzzalı qaçqınlar evlərinə qayıdacaq və humanitar yardım Qəzzaya çatacaq. Bu atəşkəs müharibəni bitirmək üçün ilk addım kimi qiymətləndirilməlidir”,-deyə o, bildirib.

“AzPolitika.info”

Seçilən
1
azpolitika.info

1Mənbələr