Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Söhbət zamanı HƏMAS nümayəndələri Rusiyanın Fələstin xalqının qanuni hüquqlarını təmin etmək səylərinə, habelə Fələstin məsələsinin ədalətli həlli lehinə Rusiyanın prinsipial mövqeyinə görə təşəkkür edib. Bundan əlavə, onlar Doha və Qahirədə atəşkəs, Qəzza zolağında girovların azad edilməsi ilə bağlı uzun sürən danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmadan gözləntilərini bölüşüblər ”, - nəşr qeyd edib.