AZ

Ərdoğan Öcalanın həbsdən buraxılması iddiasına SON QOYDU

Dekabrın 28-də DEM Partiyasının İmralıya səfəri ilə başlayan proses terrorçuların lideri Abdullah Öcalanın ev dustaqlığına çıxarılacağına dair iddiaları gündəmə gətirib. 

Prezident Rəcəb Tayyib Ərdoğanın deputatlarla görüşündə "Ev dustaqlığı yoxdur. Adam özü azadlığa çıxmaq istəmir. Körpə qatilləri üçün amnistiya yoxdur" dediyi və ədliyyə naziri Tunca "Bunları ictimaiyyətə izah edin" göstərişi verdiyi deyilir. 

“Cebheinfo.az” xəbər verir ki, dekabrın 28-i İmralıda DEM Partiyasının nümayəndə heyətinin terrorçu lider Abdullah Öcalanla keçirdiyi görüş “Terrorsuz Türkiyə” prosesinin ilk addımları kimi qeyd edilib. İmralı heyətinin siyasi partiyalarla görüşləri ilə formalaşan proses bir çox iddiaları da özü ilə gətirsə də, terrorçubaşı Öcalanın ev dustaqlığına çıxarılacağı xəbəri də bir çox mətbuat və nəşr orqanlarında yer alıb. 

Prezident Ərdoğanın MHP sədri Dövlət Baxçalı ilə son görüşündə gündəmə gətirildiyi iddia edilən məsələyə nəhayət ki, nöqtə qoyulub. Bir qrup AKP millət vəkili ilə səhər yeməyində görüşən Prezident Ərdoğan “Öcalan ev dustaqlığına çıxarılacaqmı?” sualını "Ev dustaqlığı deyilən bir şey yoxdur. Adam özü çıxmaq istəmir. Bunlar haradan qaynaqlanır? Amnistiya deyilən bir şey yoxdur. Körpə qatilinə amnistiya yoxdur" deyə cavablandırıb. 

“Hürriyet” qəzetinin müxbiri Abdulkadir Selvinin verdiyi məlumata görə, Prezident Ərdoğan ədliyyə naziri Yılmaz Tuncaya müraciət edərək “Bunları ictimaiyyətə izah edin” göstərişi verib. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr