AZ

Türkiyə klubu azərbaycanlı futbolçuya görə cəzalanıb?

"Renat Dadaşovun sənədinə görə cəzalandırıldıq. Onun ödənişi həyata keçirilib".

Publika.az xəbər verir ki, bunu “Hatayspor” klubunun prezidenti Hikmət Çinçin Azərbaycan millisinin üzvü Renat Dadaşova görə transfer qadağası ilə üzləşmələrindən danışarkən deyib. "Radyospor"a açıqlama verən Türkiyə klubunun rəhbəri belə deyib:

"Bu, intizam cəzasıdır. Bu cəzalar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. Ortada ciddi bir iş var. "Hatayspor'da yaşanan laqeydlik kimi proseslərə FİFA da qarışdı və təəssüf ki, iki transfer dövrünü əhatə edən cəza aldıq. Biz bu prosesi FİFA və İsveçrə Məhkəməsinə çatdıracağıq".

Qeyd edək ki, hazırda Türkiyə 1-ci liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunda oynayıb və 31 oyunda 6 qol vurub.

Seçilən
1
publika.az

1Mənbələr