“Səbail”in sponsoru olan “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Bakı klubundan ayrılmaq istədiyini dünən eksklüziv olaraq diqqətinizə çatdırmışdıq.
İdmanxeber.az-a daxil olan məlumata görə, şirkət rəhbərliyi komandanın uğursuz nəticələrinin ardından belə bir qərar verməyə hazırlaşır. Klubun son illərdəki nəticələri ASCO rəhbərliyini qane etməyib.
Ancaq bununla belə, şirkət rəhbərliyi kluba ayırdığı maliyyəni növbəti mövsümdən dayandıracaq. Cari mövsüm ASCO rəhbərliyi üzərinə düşəni edəcək və sona qədər əvvəlcədən nəzərdə tutulduğu kimi “dənizçilər”ə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, ötən gündən “Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”dan şirkətin reklam bannerləri, plakatları sökülməyə başlayıb.