AZ

Dünyada nüvə enerjisinə ehtiyac ARTIR - SƏBƏBLƏR

Dünyada elektriklə işləyən avadanlıqların sayının artması elektrik enerjisi istehsalının artırılması zərurətini yaradır. Beynəlxalq Enerji Agentliyinin (IEA) “Nüvə enerjisi üçün yeni dövrə aparan yol” adlı hesabatına əsasən, qlobal elektrik enerjisinə tələbatın sürətlə artması səbəbindən təhlükəsiz və təmiz enerji mənbəyinə ehtiyac nüvə enerjisi üçün yeni eranın başlaması üçün potensial imkanlar yaradır.

 

Sfera.az İEA-ya istinadən xəbər verir ki, nüvə energetikası hidroenergetikadan sonra dünyanın ikinci ən böyük aşağı emissiyalı elektrik mənbəyidir və hazırda qlobal elektrik təchizatının təxminən 10 faizini təşkil edir.

 

Bu il dünyada fəaliyyət göstərən nüvə reaktorlarının sayı təxminən 420-yə olaraq ən yüksək həddə çatacaq. Bu artıma Yaponiyada istehsalın yenidən başlaması, Fransadakı bəzi elektrik stansiyalarında texniki xidmət işlərinin başa çatdırılması və Çin, Hindistan, Cənubi Koreya və Avropa da daxil olmaqla, müxtəlif bazarlarda yeni nüvə reaktorlarının işə salınması səbəb olur.

 

Süni intellektdən, kondisionerlərdən, elektrik nəqliyyat vasitələrindən və məlumat mərkəzlərindən intensiv istifadə səbəbindən sürətlə artan elektrik tələbatını ödəmək üçün nüvə enerjisi də daxil olmaqla, yeni istehsal gücünə ehtiyac olacağı gözlənilir.

 

Hesabatda qeyd edilir ki, hazırda tikilməkdə olan nüvə elektrik stansiyalarının əksəriyyəti Çindədir. 2017-ci ildən bəri dünyada tikilən 52 reaktordan 25-i Çin, 23-ü isə Rusiya istehsalıdır.

 

Proqnozlara əsasən, 2040-cı ilə qədər nüvə elektrik stansiyalarının gücü 80 giqavata çata bilər ki, bu da qlobal nüvə enerjisi tutumunun 10 faizini təşkil edir. Nüvə enerjisində yeni dövrün 2030-cu ilə qədər illik 120 milyard dollar investisiya tələb edəcəyi təxmin edilir.

 

Vasif

Sfera.az

Seçilən
2
1
sfera.az

2Mənbələr