Diaqnoz Tibb Mərkəzinin Həkim-Radioloqu Gülnarə Əliyeva Elastometriya (Elastoqrafiya) müayinə metodu haqqında məlumat verib.
"Unikal" xəbər verir ki, Diaqnoz Tibb Mərkəzində Elastoqrafiyanı əhatə edən USM keçirilir. Elastoqrafiya qaraciyər, süd vəzləri və qalxanvarı vəzi, limfa düyünləri, yumşaq toxumalarda törəmələr, kiçik çanaq törəmələrinin müayinəsi üçün istifadə edilir və patologiyanın erkən mərhələdə təsbit edilməsi üçün imkan yaradır. USM diaqnostik məqsədlərdən əlavə, həmçinin, müxtəlif müalicə-diaqnostika prosedurları üçün də istifadə olunur (punksiya, biopsiya və s.).
Elastoqrafiya ultrasonoqrafiya müayinəsinin müasir növlərindən biridir. Müasir cihazlarda səs dalğasının toxumalara təsirinin yaratdığı fiziki proseslər- toxumaların səs dalğalarının təsirindən yerdəyişməsi və elastikliyi dəyərləndirməklə ultrasonoqrafiyanın yeni texniki imkanları yaradılıb və fərqli diaqnostik üsula çevrilib.
Qaraciyərdə fibrozun erkən aşkarlanması və bununla da qaraciyər sirrozun qarşısının alınması üçün Elastoqrafiya müayinəsi vacibdir. Bu müayinə hepatit viruslu, şəkərli diabetli, artıq çəkili, mütəmadi olaraq alkaqollu və energetik içkilərdən istifadə edən şəxslərdə aparılan diaqnostik bir müayinə metodudur.
Elastoqrafiya funksiyasının ən çox tətbiq sahələrindən biri qaraciyər elastoqrafiyası daha çox qaraciyərdə sirroza gətirib çıxara biləcək xroniki xəstəliklərdə- Hepatitlər, mübadilə pozğunluğu, toplanma xəstəlikləri və s hallarda sirrotik prosesin erkən mərhələdə aşkarlanmasından ibarətdir. Elastoqrafiya sirrozun erkən mərhələdə aşkarlanması və sonrakı təqibində ən yüksək informativliyə malik üsul hesab edilir. Elastoqrafiya müayinəsi zamanı qaraciyər elastikliyi Kilopaskal vahidlərlə ölçülür,normativ cədvəllərlə müqayisə edilərək toxuma sərtliyinin artma dərəcəsi dəyərləndirilir.Bu da Sirroz prosesinin adi Ultrasonoqrafiya müayinəsi ilə aşkarlana bilməyən erkən dönəmində aşkarlanmasına və prosesin dinamikasına həssas nəzarətə kömək edir.
Elastoqrafiya həm də ona görə əvəzolunmazdır ki, şişlərin Benign və Malign xarakterli olmasını öyrənmək üçün biopsiya ilə adi ultrasəs müayinəsi arasında keçid rolunu oynayır.
Elastoqrafiya toxumaların biopsiyasını aparmadan yumuşaq toxumalarda bədxassəli törəmələri xoşxasəli törəmələrdən fərqləndirməyi bacaran inqlabi bir metoddur.
Elastoqrafiyanın digər müayinə metodlarından üstünlükləri:
1. Bütün yaş qruplarına tətbiq edilir.
2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
3. Müayinə qeyri-invazivdir.
4. Müayinə dəri tamlığını pozmadan icra olunur.
5. Bütün çəki qruplarına aid edilir.
6. Müayinə zərərsiz və ağrısızdır.
7. Müayinə müddəti qısa vaxt (10-15 dəqiqə) ərzində olur.
8. Heç bir əks göstərişi yoxdur.
9. Qiyməti daha münasibdir.
Elastoqrafiya müayinəsi Diaqnoz Tibb Mərkəzində İcbari Tibbi Sığorta çərçivəsində də vətəndaşlara təqdim olunur. Bunun üçün vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli, “Xidmətlər Zərfi” çərçivəsində “Göndəriş vərəqəsi”ni əldə etməli və bu göndərişlə Diaqnoz Tibb Mərkəzinə müraciət edərək Elastoqrafiya müayinəsindən yararlana bilər.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C
Çağrı mərkəzi: 904
Mobil/Whatsapp: +994 55 754 43 03
https://diaqnoz.az/
https://www.instagram.com/diaqnoztibbmerkezi/
https://www.facebook.com/diaqnoztibbmerkezi
https://www.tiktok.com/@diaqnoztibbmerkezi?
Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı - Diaqnoz Tibb Mərkəzi!