AZ

Noyabrda özəl sektorda muzdla işləyənlərin sayında azalma olub

2024-cü ilin on bir ayında ölkədə muzdla işləyənlərin sayı 1775,3 min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
1773,3  min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
884,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
 
Muzdla çalışanların  884,4 min nəfəri dövlət, 890,9   min nəfəri isə özəl sektorun payına düşüb. 
 
Bununla da oktyabrla müqayisədə dövlət sektorunda muzdla çalışanların sayı 2,7 min nəfər artıb. Özəl sektorda isə bu sayda 7 min azalma müşahidə edilib. 
 
"Muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar, - açıqlamada deyilir. 
 
Bundan əvvəl deputat Ziyafət Əsgərov bildirib ki, MDB məkanında Azərbaycan muzadla işləyənlərin sayına görə axırıncı yerlərdən birini tutur. 
 
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 482 194  vahid artım olub. 
 
Son 5 ildə ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 884 109 min olub. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr