AZ

“Real” Vinisiusun “toxunulmaz” statusunu ləğv etdi – Bu kluba gedir

“Real Madrid”in vingeri Vinisius Junior yayda klubunu dəyişə bilər. 

7Times.az  xəbər verir ki, PSJ braziliyalını transfer etməyi planlaşdırır.

Bu barədə “Todofichajes” məlumat yayıb. Nəşrin məlumatına görə, parislilər hücum xəttini tamamilə yeniləməyi planlaşdırırlar. Beləliklə, istisnasız olaraq, bütün hazırkı hücum oyunçuları satışa çıxarılacaq.

Xüsusən də PSJ qışda Xviça Kvaratsxeliyanın transferini başa çatdırmaq, yayda isə Vinisiusu almaq ümidi ilə yeni ulduz tandemi təşkil etmək niyyətindədir.

24 yaşlı braziliyalının “Real Madrid”lə 2027-ci ilə qədər müqaviləsi var. Onun sərbəstqalma məbləği 1 milyard avro dəyərindədir. Bununla belə, “Real Madrid” rəhbərliyi artıq cinah oyunçusunu “toxunulmaz” hesab etmir və futbolçunun transfer variantlarını nəzərdən keçirməyə meyllidir.

Vinisius bu mövsüm klubda bütün turnirlərdə 24 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Fanat.Az

Seçilən
0
1
7times.az

2Mənbələr