AZ

HƏMAS İsraillə razılaşmanın müəyyən şərtlərinə əməl etməkdən İMTİNA ETDİ

HƏMAS İsraillə razılaşmanın müəyyən şərtlərinə əməl etməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Netanyahunun ofisi məlumat yayıb. Bildirilir ki, İsrailin baş naziri Netanyahunun ofisi HƏMAS-ı son anda razılaşma ilə bağlı yeni tələblər irəli sürməkdə ittiham edib.

Yəhudi dövləti hökuməti vasitəçilərdən Fələstin fraksiyasının bütün məqamlarda razılığa gəldiyinə dair təsdiqi almayana qədər sövdələşməni təsdiq etməyəcək.

Humanitar təşkilatın prezidenti Mirjana Spoljariç bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi İsrail və HƏMAS arasında razılaşmada nəzərdə tutulduğu kimi girovların və məhbusların azad edilməsinə yardım etməyə hazırdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə İsrailin HƏMAS ilə atəşkəs razılaşmasını poza biləcəyi barədə xəbərdarlıq edib və “yeni müharibəyə hazır olmalıdır”.

SEPAH baş nazir Netanyahunu HƏMAS razılaşmasından sonra İsraildə etirazlara hazırlaşmağa çağırıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, Qəzza zolağında atəşkəsdən sonra bütün dünya fələstinlilərin səbri və müqavimət qüvvələrinin dəyanətinin İsraili geri çəkilməyə məcbur etdiyini anlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr