İrəvan və Vaşinqton arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasının ikitərəfli münasibətlərin gələcəyi üçün yol xəritəsi olacağına ümid edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan-ABŞ münasibətləri o həddə inkişaf edib ki, bunun strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də mürəkkəb geosiyasi vəziyyətdən çıxış üçün vacibdir”, - nazir bildirib.
Müəllif: Mənsur Rəğbətoğlu