AZ

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Bakı. Trend:

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsalİnkişaf Konsepsiyası”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında Rəqəmsal İnkişafKonsepsiyası rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlətidarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafınsürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətininartırılmasını hədəfləyir.

Bu Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat vərəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır. Məqsədvətəndaşların rifahını yüksəltmək, dövlət xidmətlərinimodernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasınısürətləndirməkdir.

Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKTinfrastrukturunun təkmilləşdirilməsi, biznes və startapekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin,rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimiinnovasiyaların tətbiqi əsas məqsədlərdən biri olaraq müəyyənedilib.

Dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevikvə şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamiləimtina olunaraq “rəqəmsal hökumət”ə keçid baş verəcək, böyükhəcmliməlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimiinnovasiyalar tətbiq olunacaq.

Rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq,kibertəhlükəsizlik təmin ediləcəkdir. İKT üzrə mütəxəssislərinhazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və İKT üzrəişçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritetməsələlərdir. Biznes prosesləri rəqəmsal platformalara keçidedəcək, dövlət-özəl tərəfdaşlığı genişləndiriləcək, IV Sənayeİnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlifsektorları rəqəmsallaşdırılacaq, startapların və innovativekosistemin inkişafına dəstək göstəriləcəkdir. Millikibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin vəfərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək,dövlət informasiya sistemləri və ehtiyyatları müasir təhlükəsizlikstandartlarına uyğun şəkildə inkişaf etdiriləcək.

“Hökumət buludu”, “açıq məlumatlar” və genişzolaqlı internetşəbəkələri genişləndiriləcək, 5G şəbəkələrinin qurulması və milliməlumat mərkəzlərinin inkişafı həyata keçiriləcək.

Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında(qurumlarında) daxili idarəetmə prosesləri təkmilləşəcək,göstərilən dövlət xidmətləri rəqəmsal platformaya transformasiyaediləcək, formalaşan yeni texnoloji tələblər əsasında dəyişəniqtisadi fəaliyyətlərin çevik uyğunlaşması baş verəcək, insan vətexnoloji kapitalın ölkə daxilində saxlanılması təmin ediləcək,eləcə də ölkənin dünya bazarlarında rəqabət qabiliyyətiartacaq.

Seçilən
2
27
az.trend.az

10Mənbələr