Ordudakı problemlərin bir çoxu “dedovşina” səbəbindən intiharlara və digər neqativ hallara səbəb olan mühitdən yaranır.
Herbiand.az bildirir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hüquq müdafiəçisi (Ombudsman) Anait Manasyan deyib.
“Bəli, vətəndaşların öhdəliklərindən danışmaq lazımdır. Amma dövlətin öhdəliklərini də demək lazımdır ki, belə hallar istisna olunsun. Bu istiqamətdə irəliləyiş ola bilər, amma hələ də çox ciddi çatışmazlıqlar var və bu istiqamətdə iş görmək lazımdır”, - Manasyan bildirib
Ombudsman qeyd edib ki, vətəndaşların hərbi xidmətdən yayınması bir çox hallarda Silahlı Qüvvələrdə hökm sürən əxlaqla bağlıdır: “Ona görə də dövlət orduda “dedovşina”, intihar və hərbçilərin bir-birinə qarşı pis rəftarın hər hansı təzahürlərinin qarşısının alınması üçün hər şeyi etməlidir”.
Bəxtiyar CƏFƏRLİ