AZ

Bələdiyələr vətəndaşların rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayırlar- ÖZƏL

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Gədəbəy bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatından "Olaylar"a bildirilib ki, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd edib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanları olaraq, cəmiyyətin inkişafında və vətəndaşların rifahının yüksəldilməsində  əhəmiyyətli rol oynayırlar. O, elə bu səbəbdən seçiciləri layiqli namizədlərə səs verməyə səsləyib. Təşkilatın sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını da qeyd edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri  Pərviz Bayramov, Rövşən Qasımov və Gədəbəy bələdiyyəsi üzvlüyünə namizədlər  Afət Bağırova, Zülfiqar Yusibov, Nailə İbrahimova, Polad Ələsgərov, Mehman Bağırov və Vüsalə Allahverdiyeva bələdiyyələrlə bağlı fikirlərini seçicilərlə bölüşüblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bələdiyyələr müstəqil fəaliyyət göstərir və onlara yerli səviyyədə idarəetmə, sosial və iqtisadi inkişaf məsələlərində qərar vermək səlahiyyəti verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr