AZ

Ərdəbil prokuroru "qeyri-qanuni təriqətin" 7 üzvünün həbs edildiyini bildirib

İran rəsmiləri Ərdəbildə “Halqa İrfanı” adlı qeyri-qanuni mistik qruplaşmanın üzvlərinin saxlanıldığını açıqlayıb.

Yarı-rəsmi İSNA agentliyi bu barədə Ərdəbil prokuroru Cəlal Afaqiyə istinadən məlumat yayıb.

“Ərdəbildə azmış Halqa İrfanı təriqətinin bir şəbəkəsi aşkar edilərək dağıdılıb,” prokuror bildirib.

Afaqinin sözlərinə görə, “bu şəbəkənin qeyri-qanuni fəaliyyətlərinə dair xəbərlərin gəlməsinin ardınca xüsusi məhkəmə qərarı ilə texniki monitorinq, araşdırma və sənədləşdirmə işləri aparıldı və sonunda şəbəkənin 7 əsas üzvü müəyyən edilərək Sepahın təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən qəfil basqın nəticəsində saxlanılıb və həbsxanaya göndərildilər.”

Prokuror saxlanılan vətəndaşların işi üzrə “müqəddəs şəriətə zidd olan fəaliyyətlər”, “qeyri-məşru əlaqə”, “real olmayan elmi ünvanlardan istifadə və tibbi işlərə müdaxilə”, “qanunsuz yollarla qazanc əldə etmək” və “ nizama qarşı təbliğat” kimi ilkin ittihamların müəyyən olunduğunu deyib.

İran İslam Respublikası İranın müxtəlif şəhərlərdə tərəfdar və üzvləri olan “Halqa İrfanı” mistik qruplaşmasını “azmış və dinə zidd bir hərəkət” kimi tanıyır. Qruplaşmanın üzvləri 2010-cu illərdən bəri həbs, şallaq və cərimə kimi cəzalar ilə qarşılaşıblar.

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr